Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Onun iki qabırğası” tamaşası

14 Baxış

85178_c5ma1bp6um

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, dramaturq Əli Əmirlinin “Onun iki qabırğası” ikihissəli komediyası əsasında hazırlanmış tamaşasının premyerası olub. Bu komediya müəllifin “Ağa Məhəmməd şah Qacar”, “Varlı qadın” pyeslərindən sonra səhnəyə qoyulan üçüncü əsəridir.

Senet.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, Azərbaycan Respublikasının Xalq Artisti Kamran Quliyev, quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmamqulu Əhmədovdur.

Ölkəmizin bir sıra teatrlarında səhnəyə qoyulmuş “Onun iki qabırğası” pyesində keçid dövrünə xas olan ailə dramı mövzusu əks etdirilir. Şəhərə ərə gəlsə də, bağ evində o dövrün qayğıları ilə yaşayaraq “Azadlıq” adlı ailə təsərrüfatında toyuq saxlamaqla məşğul olan kənd qızı Maralın (Nurbəniz Niftəliyeva) və onun ömür yoldaşı Səyyadın (Azərbaycan Respublikasının Əməkdar Artisti Əbülfəz İmanov) problemləri komik lövhələrlə təqdim olunur. Lakin tamaşada gülüş məqamları yaradan personajlar kimi onlar tək deyil.

Tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.

KÖŞƏ YAZARLARI
TOP 10