Naxçıvanda “Göycə” festivalı

9 Baxış

14956267943792257623_1000x669

Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “İstedadlı uşaqlar” və “Göycə” festivalları keçiriləcək.

Senet.az xəbər verir ki, “İstedadlı uşaqlar” festivalı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin, o cümlədən uşaq musiqi məktəblərinin mahnı və rəqs ansambllarının, gənc Heydərçilərin, Naxçıvan Dövlət Kukla Teatrının və Naxçıvan Dövlət Uşaq Teatrının istedadlı uşaqlarının iştirakı ilə təşkil olunacaq. Festivalda rəngarəng musiqili-əyləncəli proqramlar təqdim ediləcək.

Həmin gün istedadlı uşaqların əl işlərindən ibarət sərgi açılacaq, iştirakçılara uşaq məhsulları istehsal edən müəssisələrin məhsulları təklif olunacaq. Festivalda bacarıq və qabiliyyəti ilə seçilən uşaqlara hədiyyələr veriləcək.

İyunun 3-4-də isə ənənəvi “Göycə” festivalı keçiriləcək. Festivalda dadı və tamı ilə seçilən Naxçıvan göycəsinin sərgi-satışı təşkil olunacaq.

Tədbir iştirakçıları bu meyvədən hazırlanan müxtəlif növ təamları dada və əl işləri ilə tanış ola biləcəklər. Festivalda Naxçıvan Dövlət Filarmoniyasının konserti təşkil olunacaq, müxtəlif rəqs qrupları milli rəqsləri ilə qonaqları salamlayacaq.

Keçiriləcək “Ən yaxşı göycə” müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10