Naxçıvanlı gənc rəssamın əsərləri Bakıda sərgilənəcək

9 Baxış

15048521063224940230_1000x669

Sentyabrın 11-də Bakı Xətai Sənət Mərkəzində Naxçıvanın tanınmış gənc rəssamı Səbrəli Nəbiyevin sənət əsərlərindən ibarət “Aydınlığın rəssamı, rəssamın aydınlığı” adlı fərdi rəsm sərgisi açılacaq.

Senet.az xəbər verir ki, sərgi “Cahan Holding”in dəstəyi və Naxçıvan Rəssamlar Birliyinin təşkilatçılığı ilə reallaşacaq.

Sərgidə gənc rəssamın 60-dan çox əsəri nümayiş olunacaq.

Üç gün davam edəcək sərginin ekspozisiyasında rəssamın müxtəlif mövzulu sənət əsərləri yer alacaq.

KÖŞƏ YAZARLARI
TOP 10