Nazim Hikmət Qorki adına Ədəbiyyat İnstitutunu xilas edib – İDDİA

39 Baxış

nazimhikmet

Rus şairi Aleksandr Olşanski Nazim Hikmətin 1963-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bağlanmasının qarşısını aldığını iddia edib. O, bu barədə internetdə yayımlanan yazısında məlumat verib. Yazıda bildirilir ki, Olşanski Ədəbiyyat İnstitutunda təhsil aldığı dördə Nazim Hikmətlə tələbələrin görüşü keçirilib. Bu görüşdə o, tələbələrə müxtəlif məsləhətlər verib: “Uşaqlar üsyankar olun. Qocalığınızda bəzi şeyləri müdafiə etmək üçün üsyankarlıq lazımdır”.

75 yaşlı Olşanski bununla yanaşı, Nazım Hikmətin tələbələrin imtahan verdiyini eşidəndə hirsləndiyini bildirib. Nazım Hikmət “Nə imtahanı verirsiniz? Yazıçı hara, imtahan hara? Yazarın tək imtahanı kitabdır” – deyib.

Sözügedən görüşdən bir neçə həftə sonra tələbələrin siyasi hadisələrdə iştirakından və partiyanın siyasətini tənqid etməsindən narahat olan SSRİ rəhbərliyi Ədəbiyyat İnsitutunu bağlamaq istəyiblər. Hətta Xruşovun bu barədə əmr də imzalayıb. Ancaq tələbələr Nazim Hikmətin “üsyankar olun” tövsiyyəsinə əməl etdiklərini, buna görə də etirazlara qoşulduqlarını bildiriblər. Bundan sonra Xuruşov geri addım ataraq, institutu bağlanmaq qərarını ləğv edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10