Nazim Hikmetin yeni videosu tapılıb. Sosial şəbəkələrdə paylaşılan videoda görülür ki, şair Kimya üzrə Nobel mükafatçısı Frederik Jolio- Küri ilə birlikdə Moskvada SSRİ Aviasiyasının yaranma günü münasibətilə keçirilən hava şousuna tamaşa edir.
Nazım Hikmetin 1951-ci il 29 iyunda Moskvaya getdiyi bilinir. Video da məhz 10 gün sonra – iyulun 8-i çəkilib.
Qeyd edək ki, sözügedən şounu Stalin də şəxsən izləyir.