Nazir Müşfiq Hətəmovu Əlisəttar Quliyevlə əvəzlədi

70 Baxış

ebulfesMədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə Əlisəttar Quliyev “Mozalan” studiyasına yeni rəhbər təyin edilib.

Nazirlikdən Senet.az-a verilən məlumatda deyilir ki, bir müddət əvvəl “Mozalan” studiyasına rəhbərlik Müşfiq Hətəmova həvalə olunmuşdu.

Nazir Əbülfəs Qarayevin digər əmri ilə “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşviq Hətəmova öz vəzifəsində qalmaqla “Azanfilm” studiyasının direktoru vəzifəsi səlahiyyətləri də müvəqqəti olaraq həvalə edilib

. Azərbaycanda yeni cizgi filmlərinin çəkilməsi, bu sahənin daha da inkişafı üçün Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin qarşıya qoyduğu yeni tələblər çərçivəsində bu istiqamətdə işlər davam edəcək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10