Nitsşe: “Birlik ruhu nəyə lazımdır ki?”

86 Baxış

nitseSenet.az “XAN” nəşrlərində işıq üzü görmüş Nitsşenin “Dəccal” kitabından bir hissəni təqdim edir. Kitabı Azərbaycan dilinə Cəlil Cavanşir tərcümə edib.  Qeyd edək ki, kitabı Kitabevim.az kitab marketindən əldə edə bilərsiniz.

Həyatın ağırlıq nöqtəsi həyatın içinə deyil, “kənar”ına yerləşdirilincə heçlik meydana çıxır. O zaman, demək olar ki, həyatın ağırlıq nöqtəsi bütövlükdə ortadan qaldırılmışdır. Fərdi ölümsüzlük mövzusundakı böyük yalan, instinktlərdəki hər cür təbiiliyi yuyur, –instinktlərdə müsbət, həyatı asanlaşdıran, gələcəyi sağlamlaşdıran nə varsa, artıq etibarsızlıq yaradır. “Yaşamağın artıq heç bir mənası yoxdur”, deyə yaşamaq, həyatın mənası olur artıq…

Birlik ruhu nəyə lazımdır ki?, Nə faydası varsa keçmişə və atalara təşəkkür. Nəyə lazımdır birlikdə işləmək, güvənmək, hər hansı bir ümumi rifah arzulamaq və məqsəd qoymaq?… Hamısı “tərəzi”dır bunların, hamısı “doğru yol”dan azmalar – “Tək bir şey lazımdır”… Hər kəsin, “ölümsüz ruh” olaraq hər kəslə bərabər səviyyədə olması, bütün varlıqların cəmi içində, hər bir fərdin “rifah”nın bir əbədi mənfəət olaraq haqq iddia edə bilməsi, kiçicik böcəklərin, özləri üçün təbiət qanunlarının davamlı tapdalanamasının mümkünlüyünü xəyal edə bilmələri, – hər cür eqoizmin bu cür, sonsuzluğa, utanmazlığa qədər ucaldılmasını, kifayət dözümsüzlüklə xarakterizə edə bilmir adam.. Halbuki xristianlıq, zəfərini, fərdi özünə inamın bu narahatçılığına borcludur, –bununla bütün cinayətkarları, üsyankar meylliləri, axmaqları, insanlığın bütün tullantı və artıqlarını öz yanınaa çəkdi. “Ruhun rifah“ı–başqa cür desək: “dünya mənim ətrafımda fırlanır”… “Hər kəsə bərabər haqq” təliminin ziyanı –xristianlıq bunu ən fundamental şəkildə yaymışdır; xristianlıq, insan ilə insan arasındakı müxtəlif dərin hörmət və məsafə duyğusuna qarşı, yəni mədəniyyətin hər cür inkişafına və böyüməsinin əsas şərtlərinə qarşı, pis instinktlərin ən gizli künc–bucağından çıxaraq, ölümünə savaş aparıb, – kütlələrin ressentimentini döyə-döyə, əsas silahını formalaşdırmışdır, bizə qarşı, yer üzündəki hər cür əsilzadəliyə, şənliyə, cəsarətə qarşı, bizim yer üzü xoşbəxtliyimizə qarşı… Qəbul edək ki, bu Petrus və Paulusun “ölümsüzlük”ləri, əsilzadə insanlığa qarşı o zamana qədər cəhd olunmuş ən böyük, ən alçaqca hücum idi. –Və xristianlıqdan çıxaraq, siyasətə qədər sızmış bu taleyi də kiçik hesab etməyək! Bu gün heç kimsənin cəsarəti yoxdur, xüsusi haqlara sahib olmaq üçün, azad haqları üçün, özü və öz bərabərləri qarşısında dərin hörmət duyğuları üçün–bir məsafə ehtirası üçün ortaya çıxmağa. Siyasətimiz bu cəsarətsizliyinə görə xəstədir! –Düşünmə forması aristokratiya, ruhların bərabərliyi yalanı yoluyla, torpağın ən alt qatında basdırılmışdır; və “əksəriyyətin haqqı”na inanc, inqilablar etmiş və hələ edəcəksə, heç şübhəmiz olmasın, xristianlıqdır, xristian tərəfindən mühakimədir, hər inqilabı tam qan və günahkarlığa çevirən! Xristianlıq, hər cür sürünənlərin, yüksəkliyi olanlara qarşı etirazıdır: “düşkünlər “ “Evangelium”u, düşkünləşdirir…

–“Evangelium”lar, ilk icma içindəki dözülməz pozğunluğun şahidləri olaraq qiymətsiz dəyər daşıyarlar. Paulusun sonradan bir xaxam məntiqinə çevirdiyi dövr, yenə də, Xilaskarının ölümüylə başlayan eniş müddəti idi yalnız.

“Evangelium”ları oxuyarkən kifayət qədər diqqətli ola bilmir adam; hər sözün arxasında çətinliklər yatır, etiraf edirəm. Mənə qarşı bu deyilə bilər : bunlar, tamamən bu xüsusiyyətləriylə, bir psixoloq üçün əsas zövq qaynaqlarıdır, –hər cür sadəlövh pozğunluğun əleyhdarı olaraq, psixoloji pozğunluğun “par excellence” incələşməsi, sənətləşmələridir. “Evangelium”lar, bənzərsizdir. Ümumiyyətlə İncil, heç bir müqayisəyə uyğun gəlmir. Qarşınızda yəhudilər var: ilk dünyagörüşü budur, burada ipin ucunu qaçırmamaq üçün. Burada “müqəddəs” hala gələn ddahiləşmoş özünü təhrif etmə, bu kitablar və insanlar arasında başqa heç bir yerdə təxmi olaraq belə çatılmamış, sənət olmuş söz və davranış hiyləgərliyi, hər hansı bir fərdi qabiliyyətin, hər hansı bir istisnası təsadüfü deyil. Burada irq vardır. Müqəddəs bir şəkildə yalan danışma sənəti olaraq xristianlıqda, bütün Yəhudilik, yüzilliklərin diqqətli, ciddi Yəhudi məşğuliyyəti və bacarığı, son ustalıq səviyyəsinə çatır.

decalXristian, yalanın bu ultima ratiosu da yəhudidir– hətta üç dəfə həqiqidir… Yalnız, rahibin praktikasında sübut edilmiş anlayışları, işarələri, rəftarları tətbiq mövzusunda əsas bir istək, başqa hər cür praktikası, başqa hər növ dəyər və faydalılıq perspektivini kompleksli olaraq rədd etmək –bu yalnız ənənə deyil, bu varislikdir: ancaq varislik olmasıyla, təbiət kimi bir təsirdə tapıla bilərdi. Bütün insanlıq, həm də ən yaxşı çağların ən yaxşı başları –(biri xaricində, amma bəlkə də o tam bir fövqəlinsandır–) aldandılar.

“Evangelium”, günahsızlıq kitabı olaraq oxundu… Burada nə cür ustalıqla oyun oynanmasının heç də kiçik bir nişanəsi deyil bu. –Təbii ki, bunları,

təsadüfi belə olsa, görə bilsəydik, bütün bu möcüzə böcəkləri və uydurma müqəddəslər, işləri təbii ki dərhal bitərdi, –və tam da buna görə, mən, hər oxuduğum sözə bir münasibət göstərə bilmədiyimdən, onların işini bitirirəm… Heç dözə bilmədiyini də, bunların bir şəkildə gözlərini belə bərəltmələri.

–Bərəkətli olsun, böyük əksəriyyət üçün kitabla, ədəbiyyatladır. Aldanmamaq: “mühakimə etməyin” deyərlər, amma yollarında dayanan hər şeyi cəhənnəmə göndərirlər. Tanrının mühakimə etməsini təmin edərək, özləri mühakimə edirlər; tanrını ucaltmaqla, özlərini ucaldırlar; tam da öz əldə edə biləcəkləri –sonra sağ qalmaları üçün lazım bildikləri– ərdəmləri təşviq etmeklə, özləri ilə guya fəzilət uğrunda güləşirlər, fəzilətin azadlığı üçün döyüşürlər görüntüsü yaradırlar. “Biz yaxşı üçün yaşayırıq, ölürük, özümüzü qurban edirik” (“həqiqət” üçün, “işıq” üçün, “tanrının mələyi” üçün): Əslində etdikləri, etməməməli olduqlarıdır. Qorxaq üslubları ilə gizlənərkən, küncə çəkilərkən, kölgələrdə kölgələr kimi yaşayarkən, bunu bir tapşırıq halına salarlar: tapşırıq olaraq görülüncə, həyatları təvazökar kimi görünər, təvazökarlıq isə fəzilətlərinin bir dəlili olar… Ah, bu təvazökar, iffətli, gözəl ürəkli yalançılıq!

“Bizim şahidliyimizi fəzilətin özü edir”… “Evangelium”lar, əxlaq vasitəsilə inkişaf etdirmə kitabları olaraq oxunmalıdır: əxlaq, kiçik adamlar tərəfindən yaxşıca cilalanır, –bunlar yaxşı bilirlər əxlaqla əlaqədar necə davranmağın lazım olduğunu! İnsanlıq, əxlaqla, ən yaxşı burnundan çəkərək götürülür!

–Həqiqət budur ki, burada ən şüurlu seçilmişlik özünü bəyənmişliyi, təvazökarlıq rolunu oynamaqdadır: özləri, “birlik”, “yaxşılar və haqlılar”, hamısı bir tərəfə, “həqiqət”in yanına qoyulur –və geri qalanda, “dünya” da, o biri tərəfə… Bu, yer üzündə indiyə qədər ortaya çıxmış ən alınyazısına inanmağın böyük vahiməsidir: kiçik, əyri böcəklər və yalançılar, “tanrı”, “həqiqət”, “işıq”, “ruh”, “sevgi”, “müdriklik”, “həyat” anlayışlarınan danışmağa başlayarlar.

Sanki özlərini ifadə edirmiş kimi sahib çıxmağa; bu yolla da “dünya”nı öz qarşılarında kiçiltməyə; kiçik, ən böyük olma arzusunda, hər növdən dəlixana üçün biçilmiş xalat olan yəhudilər, dəyərləri öz ətraflarında tərsinə çevirdilər, sanki xristian, yerdə qalan hər şey üçün ilkin məna, ölçüymüş, həm də hər şeyin ən son mühakimə edicisiymiş kimi…

Bütün bu vəziyyəti mümkün edən, dünyada qohum, irqən qohum bir böyük fəhminin onsuz da tapılmasıdır, yəhudi böyüklük fəhminin: yəhudilər

ilə yəhudi–xristianlar arasındakı uçurum açılar açılmaz, bəridəkilərin əlindəki tək variant, yəhudi instinktinin tövsiyyə etdiyi özünü qoruma əməliyyatlarının eynilərini, yəhudilərin özlərinə qarşı tətbiq etmək idi, halbuki yəhudilər bunları o zamana qədər yalnız yəhudi olmayanlara qarşı tətbiq etmişdilər idi. Xristian, yalnız, ”daha azad” etiqadlı bir yahudidir

Bölmə : Manşet, Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10