Niyazi adına simfonik orkestrinin 85 illiyinə həsr olunan tədbir keçiriləcək

9 Baxış

14834533204519043546_1000x669

Yanvarın 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyasının Niyazi adına simfonik orkestrinin 85 illiyinə həsr olunan tədbir keçiriləcək.

Filarmoniyadan Senet.az-a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbirdə orkestrin yaranması, Azərbaycan Televiziyası və Radiosunda, o cümlədən ölkəmizin mədəni həyatındakı fəaliyyəti haqqında məlumat veriləcək.

Daha sonra simfonik orkestrin müşayiəti ilə xalq və bəstəkar mahnıları səsləndiriləcək.

KÖŞƏ YAZARLARI
TOP 10