Niyazinin mənzil muzeyində “Açıq qapı günü”

6 Baxış

15329885435417537978_1000x669

Avqustun 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.

Muzeyin direktoru Əməkdar Mədəniyyət İşçisi Rza Bayramov Senet.az-a bildirib ki, tədbir çərçivəsində müxtəlif çıxışlar, xatirələr, muzeyin arxiv materialları əsasında hazırlanmış Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou, Niyazinin dirijorluğu ilə konsertlərdən video-fraqmentlər nümayiş olunacaq. Həmçinin həmin gün muzeydə “Açıq qapı” günü də təşkil ediləcək.