“Yazıçı” nəşriyyatında Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin “Mən kiməm” adlı yeni kitabı işıq üzü görüb.
Senet.az xəbər verir ki, müəllif bu kitabında XX əsrin 70-ci illərindən XXI əsrin ilk onilliklərinə qədər yarım əsrlik bir dövrün ədəbi-tarixi hadisələrini şəxsi həyat prizmasından qələmə alıb.
Fəlsəfi-publisistik üslubda yazılmış kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.