Nizami Cəfərov ALPAQUT Federasiyasının prezidenti seçilib

90 Baxış

ehberatm18.03.2015 Azərbaycanda Atatürk Mərkəzində Dünya Alpaqut Federasiyası uluslararası idman təşkilatının növbədənkənar toplantısı keçirilib. Toplantıda Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin tərkibi aşağıdakı kimi müəyyən olunub:
Araz Abdullayev, Asiman Abdurrahmanov, Kamil Yusubov, Faik Məmmədov, Arzu Eyvazova, Anar Xəlilov, Elnur Eltürk (Hüseyn), Əkbər Qoşalı (Yolçu), Vasif Namazov.

Alınan qərarlara görə, Atatürk Mərkəzinin müdiri, MM-in Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov Dünya Alpaqut Federasiyasının yeni prezidenti seçilib. (Qurumun bundan öncəki prezident, iş adamı Fərid Əlizadə isə Dünya Alpaqut Federasiyasının Fəxri Prezidenti kimi təsdiq olunub.)
Toplantıda yeni daxili Əsasnamə, eləcə də federasiyanın yeni icra strukturu formalaşıb:
I Vitse prezident: Araz Abdullayev,
İctimaiyyətlə Əlaqədər üzrə vitse prezident: Elnur Eltürk,
Aypara Sistemi üzrə vitse prezident: Marina Belyaeva (Rusiya),
Batur Sistemi üzrə vitse prezident: Faiq Məmmədov (Gürcüstan), 
Caymaz Sistemi üzrə üzrə vitse prezident: Bəhmənyar Əliyev,
Texniki direktor: Kamil Yusubov, 
NTK Başçısı: Arzu Eyvazova,
Baş katib: Anar Əliyev, 
Hakimlər Komitəsinin başçısı: Namig Fast (Almaniya)

Qeyd edək ki, Dünya Alpaqut Federasiyası 12.12.2014–cü ildə, Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək məqsədilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Alpaqut döyüş sənəti sistemlərinin qurucusu və təşkilatın ideya müəllifi, uluslararası dərəcəli idman üstası, türk döyüş sənətləri üzrə araşdırmaçı Vasif İmran oğlu Namazovdur. Federasiyanın Azərbaycan, Almaniya, Avstraliya, Amerika, Gürcüstan, Türkiyə, Rusiya (Başqurdistan, Moskva, Yekatirinburq üzrə), Özbəkistan, İran, Çexiya, Ukrayna üzrə rəsmi nümayəndəlikləri var.
ALPAQUT – Turan döyüş sənəti, türk xalqlarının döyüş sənətlərindən, ortaq idman mədəniyyətindən seçilərək formalaşmışdır. ALPAQUT adı, XI yüzillikdə Mahmud Qaşqarlı tərəfindən yazılmış “Divanü Lüğәtit-Türk”, Türk Dialektlerinin sözlüyündən götürülüb.
Alpaqutun statusu: “Tək başına düşmənə qalib gələn, ələ kеçməyən igid” deməkdir.
Alpaqutun açması: ALP (döyüşçü) QUT (qutsal, müqəddəs) deməkdir.
Qədim dövrdə Alpaqut xaqan qvardiyası-buyrukların içərisində öz igidliyi ilə seçilən adamlara verilən çin olub. Xaqanın qorunmasında Alpaqutlara özəl üstünlük verilirdi. Bundan başqa Alpaqutlar başqa bir görəvi də yerinə yetirirdilər. Onlar təkbaşına düşmən qoşunu içərisinə girir və onlarda qorxu, vahimə hissi yaradırdılar. Məhz buna görə də, Alpaqutlar türk xalqlarının hərb mədəniyətində bütün tarixi boyu özəl sayğıya layiq görülüb.

(Web: www.alpagutfederation.org; E-mail: office@alpagutfederation.org; Mob.: +994 50 250 98 68)

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10