Nizami Gəncəviyə həsr olunan beynəlxalq konfrans keçiriləcək

1 Baxış

hg

 

Xəzər Universiteti dekabrın 9-10-da dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirəcək.

Universitetdən Senet.az-a bildirilib ki, arzu edən tədqiqatçılar “Nizami Gəncəvinin əsərlərinin digər dillərdə tərcümələri”, “Nizami yaradıcılığında dünya sivilizasiyaları”, “Nizami Gəncəvinin ədəbi irsində dünyanın tarixi və coğrafi kosmologiyası” mövzularında tezislərini təqdim edə bilərlər. Eyni zamanda, Nizami yaradıcılığına dair digər mövzularda yazılan məqalələr təqdim oluna bilər.

Məqalələrin qəbulu noyabrın 15-dək davam edəcək.

Bölmə : Ədəbiyyat