Nizami Gəncəvi yaradıcılığı Gürcüstanın ədəbiyyat portalında

2 Baxış

hg

 

Gürcüstanın populyar “İverioni” ədəbiyyat portalı Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar gürcü dilində Tbilisidə işıq üzü görmüş “Leyli və Məcnun” kitabı haqqında məlumata və əsərə yazılmış “Ön söz”ə səhifə ayırıb.

Senet.az xəbər verir ki, Gürcüstanın zəngin ənənəli “İverioni” nəşriyyatında işıq üzü görmüş kitabı orijinaldan gürcü dilinə, görkəmli gürcü şərqşünası, professor Maqali Todua tərcümə edib.

Ön sözün müəllifi professor Xəlil Yusiflidir.

Bölmə : Ədəbiyyat