Nizami Kino Mərkəzindən növbəti aksiya

54 Baxış

ushaqlarNizami Kino Mərkəzindən növbəti yeni aksiya: Azərbaycanda ilk dəfə danışma və eşitmə qüsuru olan uşaqlara surdotərcümə ilə animasiya filmi nümayiş olunub

Nizami Kino Mərkəzi dekabrın 21-də MEGOGO onlayn–kinoteatrı ilə birgə Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 3№-li İnternat Evinin danışma və eşitmə qüsuru olan sakinlərinə surdotərcümə ilə “Oz: uçan meymunların basqını” animasiya filmini təqdim edib.

Böyük maraqla filmi izləyən səksəndən artıq uşaq nümayişdən sonra Nizami Kino Mərkəzi tərəfindən kinomərkəzin “Nizami Restaurant & Lounge” restoranında nahara dəvət olunub.

Balaca qonaqlar adından internatın müəllimləri uşaqlar üçün hazırlanmış tədbirə görə bütün zəhməti olan insanlara təşəkkürlərini bildiriblər.

Nizami Kino Mərkəzinin rəhbərliyi bu xeyirxah təşəbbüsdə MEGOGO onlayn-kinoteatra daima dəstəyə hazır olduğunu qeyd edib və qarşılıqlı olaraq MEGOGO onlayn –kinoteatrın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Xəlilov Nizami Kino Mərkəzi ilə əməkdaşlığın davamlı olacağını arzu edib.

Fərid Xəlilov nəqliyyati dəstəyə görə “Atilla Trans Services A” LLC –nə də təşəkkürünü bildirib.

Xatirladaq ki, ilk leqal videoplatforma olan MEGOGO onlayn –kinoteatrı “Bax necə eşidirsən” layihəsi daxilində surdotərcümə studiyası yaradıb və danışma və eşitmə qüsuru olan insanlar ücün filmlərin surdotərcüməsini və bu filmlərin xüsusi kataloqunu hazırlayır. MEGOGO onlayn-kinoteatrın əməkdaşları “Bax necə eşidirsən” layihəsi daxilində respublikanın bölgələrində də bu aksiyanın keçirilməsini planlaşdırır.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10