Nizami Kino Mərkəzində “Tarzan əfsanəsi ” başlanıb

33 Baxış

tarzanNizami Kino Mərkəzində iyunun 30 –dan “Tarzan əfsanəsi” ABŞ filminin nümayişinə başlanıb.

“Tarzan əfsanəsi” filmini Adam Kozadın ssenarisi əsasında rejissor Devid Yets macəra və döyüş janrında çəkib. Sloqan: “Təbiətin şahı” Yaş həddi:12+

Londondakı həyata uyğunlaşan Tarzan mədənçıxarma şirkətinin düşərgəsində nələr baş verdiyini aydınlaşdırmaq üçün yenidən cəngəlliyə qayıdır.

Filmdə Aleksandr Skarsqard , Rori C. Saper, Xristian Stevens, Kristof Valts, Samuel L.Cekson, Marqo Robbi, Sidney Ralitsoele, Ozi İkxayl, Mens- Sana Tamaklo, Entoni Açeamponq və başqaları çəkilib.

Film haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür.

(https://www.facebook.com/NizamiCinema?rf=hl)