“Nizami romans” müsabiqəsinin qalibləri mükafatlandırılıb

4 Baxış

hg

“Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı çərçivəsində Nizami irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Təhsil Nazirliyinın dəstəyi ilə keçirdiyi “Nizami romans” respublika müsabiqə-festivalının qalibləri məlum olub.

BMA-dan Senet.az-a bildirilib ki, müsabiqəyə 18-35 yaşarası hazırda akademik bəstəkarlıq təhsili alan və ya bəstəkarlıq ixtisası üzrə məzun olan gənc bəstəkarlar qatılıb.

Müsabiqə-festivalın bədii rəhbəri Xalq artisti, Üzeyir Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəylidir. Müsabiqədə gənc bəstəkarların yazdıqları yeni əsərlərin seçilməsi üçün Azərbaycanın tanınmış, görkəmli bəstəkarlarından ibarət münsiflər heyəti təşkil olunub. Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadədir.

Qeyd edək ki, müsabiqənin əsas məqsədlərindən biri də müasir gənc bəstəkarların düşüncə tərzində və yaradıcılığında Nizami poeziyasının təbliği, dərindən öyrənilməsi, yaradıcılıq ruhunun sirayət olunması və inkişafıdır. Bunları nəzərə alaraq müsabiqə üçün yazılmış yeni əsərlərdən ibarət gənc bəstəkarların “Nizami romans” toplusu kitabı da nəşr edilib.

Münsiflər heyətinin səsverməsindən sonra l yerə İlahə Qismət İsrafilova, ll yerə Fərid Fətullayev, lll yerə Ülkər Aşurbəyova və Sara Amirian, Nigar Süleymanova, Elvin Quliyev diplomat adına layiq görülüblər. Digər iştirakçılar isə fəxri fərmanla təltif olunublar.

Qeyd edək ki, müsabiqə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub.

Bölmə : Sənət xəbər