Nobel mükafatçısı Pablo Neruda zəhərlənib – SÜBUT

48 Baxış

nerudNobel mükafatçısı Pablo Nerudanın qohumu Rodolfo Reyes şairin Pinoçetin adamları tərəfindən zəhərləndiyini, bununla bağlı əlində dəlillərin olduğunu deyib.

Çili Komunist Pariyasının üzvü Neruda Santiaqodakı bir xəstəxanada Pinoçetin inqilabından 12 gün sonra ölmüşdü. Şairin sürücüsünün zəhərlənmə iddiası polisə müraciətindən sonra 2013-cü ildə məzarı açılıb, cinayət işi başlanmışdı. Nerudanın sümüklərini tədqiq edən mütəxəssislərin bəziləri zəhər izinin olmadığını, bəziləri isə olduğunu iddia edir.

Qeyd edək ki, Nerudanın ailəsi tərəfindən birinci dəfədir ki, zəhərlənmə iddiası irəli sürülür. Rodolfo Reyes onun bədənindən bir bakteriya aşkarlandığını, bunun da şairin zəhərlənməyinin sübutu olduğunu bildirib.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10