Nobel mükafatlı fransız yazıçı terrordan danışdı

9 Baxış

0B3A806F-F166-487F-9701-469FEC13BC14_w640_r1_cx0_cy2_cw0_sNobel mükafatlı fransız yazıçı Jean-Marie Gustave Le Clézio radikal islamçıların ötən ay Parisdə “Charlie Hebdo” dərgisində törətdiyi terroru “barbar cinayət” kimi pisləyir.

Amma terrorçuların “barbar” adlandırılmasını düzgün saymır.

O, “Le Monde” qəzetində “Qızıma məktub” başlığı ilə çap edilmiş yazısında övladının terror aktından bir neçə gün sonra Parisdə “fanatiklərin zorakılığına qarşı” keçirilmiş izdihamlı yürüşə qatılmasını alqışlayır.

Terror hədələrinin davam etdiyi bir vaxtda heç nədən qorxmayaraq küçəyə çıxan insanların cəsarətini yüksək qiymətləndirir. Bunu “Fransa xalqının möcüzəvi birlik anı” adlandırır.

Amma yazıçı məktubunda terror aktının niyə baş verməsinin müzakirəsinə də çağırır.

O, qızına yazdığı məktubda terror aktının baş vermə səbəbi kimi “bizim nəslin irqçi cinayətlərin və məzhəb bölünmələrinin qarşısını ala bilmədiyi”ni göstərir. Le Clezio ümid edir ki, indiki və gələcək nəsillər “dünyanı yaşamaq üçün daha yaxşı yerə çevirə biləcəklər”.

Bundan başqa o düşünür ki, Fransada “gettoların mövcudluğuna”, “bəzi gənclərin diqqətdən kənar qalmasına” son qoyulmalı, “mədəniyyətin və cəmiyyətin nail olduğu uğurlardan hamının istifadə etməsinə şərait yaradılmalıdır”.Bununsa yolu, onun fikrincə, heç kəsi özgələşməyə qoymamaq və hər bir kəsə hörmət etməkdir.
Le Clézio öz məktubunda oxucuları dərgiyə hücum edənlərin “bir insan olaraq düşdükləri situasiyanı” nəzərdən keçirməyə çağırır:

“Fransada doğulub boya başa çatmış o üç qatil dünyanı öz barbar cinayətləri ilə vahiməyə saldılar. Amma buna baxmayaraq onlar barbar deyillər, hər gün qarşılaşa biləcəyiniz adi adamlardır…

Onların caniyə çevrilmələrinin səbəbi var. Ətraf aləm həmin adamlara bircə şey təklif edirdi- onlara yer olmayan qapalı bir cəmiyyət. Ən azından onlar belə düşünürdülər.

Beləcə, onlar öz həyatları üzərində nəzarəti itirmişdilər. Buna görə də ilk qisas imkanından faydalanmağa çalışdılar. Bunun səbəbini özgələşmə yox, din saydılar”.

“Charlie Hebdo”ya hücum edənlər bunu dərgidə Məhəmməd peyğəmbərin karikaturalarının çapı ilə əlaqələndirmişdilər.

 

oxuzali.az

KÖŞƏ YAZARLARI
TOP 10