Nobelli yazıçını prezident öldürtdürüb?

12 Baxış

neruda

Nobelli yazıçı Pablo Nerudanın ölümü ilə bağlı yeni iddia ortaya çıxıb. Beləki, İspaniyanın Mursiya Universitetinin mütəxəssislərinin fikrincə Neruda heç də hamının düşündüyü kimi xərçəng xəstəliyindən yox, zəhərlənərək öldürülüb.

1973-cü ildə Çilidə Pinoçetin iqtidarı ələ keçirməyindən 12 gün sonra Pablo Neruda dünyasını dəyişib. İddialara görə Pinoçet yazıçının müxalifəti yenidən birləşdirəcəyindən qorxub və onu zəhərləmək əmri verib.

Şairin sürücüsü Manuyel Arayanın verdiyi açıqlamasında bildirib ki, Nerudanın Santieqoda yerləşən xəstəxanaların birindən zəng etdiyini və qarnına vurulan iynədən sonra özünü pis hiss etdiyini deyib.

Qeyd edək ki, Pablo Neruda 1973-cü ilin sentyabrın 23-də dünyasını dəyişib.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10