Nüfuzlu Turizm Ensiklopdiyası olan “Springer”-də Azərbaycan haqqında məqalə

24 Baxış

 springer

113 ölkədən 776 tədqiqatçının araşdırma nəticələrinin daxil olduğu Turizm Ensiklopdiyası “Springer” Beynəlxalq nəşriyyat şirkətinin indeksi ilə çap olunub. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Ensiklopediyaya Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərovun “Azərbaycan, turizm” məqaləsi də daxil edilib. Tədqiqatçı öz məqaləsində Azərbaycan Respublikasının ərazisi, sərhədləri, əhalisi və rəsmi dilini qeyd etməklə yanaşı, zəngin tarixi və mədəni irsinə də nəzər yetirib, Qərb və Şərq sivilizasiyasının qovşağında yerləşməklə xarakterik tolerantlıq və qonaqpərvərlik xüsusiyyətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, xidmət mədəniyyətinin yüksək olması sənayenin inkişafı üçün təkan verir. Bundan başqa, müəllif öz yazısında ölkənin əsrarəngiz təbiətindən- qoruqlar, milli parklar, mineral bulaqlar və zəngin florasından söhbət açıb.

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

http://link.springer.com/referenceworkentry/10.1007/978-3-319-01669-6_14-1