“O olmasın, bu olsun” tamaşası – Musiqili Teratrda

5 Baxış

_N3B7071 (Копировать)

Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin ölməz “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən Senet.az saytına məlumat verilib ki, “O olmasın, bu olsun” komediyası tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanıb. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Mükafatını qazanmış bu tamaşa Musiqili Teatrın repertuarındakı ən çox uğur qazanan səhnə əsərlərindən biridir.

Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovadır. Tamaşada əsas rolları Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Səidə Şərifəliyeva, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Hüseyn Əlili, Elməddin Dadaşov, Fərid Rzayev və başqaları ifa ediblər.

Bölmə : Teatr