Musiqili Teatr VII Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.
Bu barədə Bu barədə Senet.az–a açıqlamasında teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu məlumat verib. O, bu festivala 2 tamaşa ilə qatılacaqlarını bildirib: “Sentyabr 19-u , Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” 2 hissəli musiqili komediyası, 20-si isə isə dahi sənətkarın “Ər və arvad” operettası festival iştirakçılarına təqdim olunacaq. Qeyd edim ki, hər iki tamaşa ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə nümayiş ediləcək”.
Xatırladaq ki, 8-28 sentyabr tarixlərində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.