Aprelin 10-da gənc şairə Könül Həsənqulunun “O zəminin sahili” adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək. Senet.az xəbər verir ki, tədbir saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda baş tutacaq.
Qeyd edək ki, “AybKitab” layihəsi çərcivəsində çap olunan kitabda 12 müxtəlif bölmələrdə verilmiş 83 şeir yer alıb.