Kitabevim.az mağazasında iki müəllifin eyni vaxtda imza günü keçirilib.
Müşfiq Xanın “O2”, Kənan Hacının “Uzaqdasan soyuqdur” şeirlər kitabı oxuculara təqdim olundu. Tədbirdə KİV nümayəndələri, ictimai-siyasi xadimlər, yazıçılar iştirak ediblər. Müəlliflər oxucuları üçün şeirlərini səsləndiriblər.
Sonda imza mərasimi baş tutdu.