“Odərlər” Ekologiya Liseyində müzakirə olundu – FOTOLAR

32 Baxış

28642964_1527583450623107_1048781544_o

“Odərlər” Ekologiya Liseyində müzakirə olundu

Bu gün yazıçı, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin “Odərlər” romanı 291 saylı Ekologiya Liseyində müzakirə olunub. Liseydən aldığımız məlumata görə, əsasən 7-ci siniflərin qatıldığı müzakirədə, o cümlədən, 11-ci sinif şagirdləri də yer alıb. Tədbirdə təhsil müəssisəsinin direktoru Kəmalə Mirzoyeva, psixoloq Dilbər Ağasıyeva, müəllimlər Şəfiqə Ağayeva, Tamara Məmmədova, “Hədəf Kusrları”nın tədris işləri üzrə departament direktoru Elxan Nəcəfov, “XAN” nəşriyyatının redaktoru Səbuhi Şahmursoy və valideynlər iştirak edib.

Çox səmimi mühitdə baş tutan müzakirədə şagirdlər aktivlik göstərərək roman barədə təəssüratlarını bölüşüb, yazıçı ilə diskussiya aparıblar. Çıxış edən müəllim və valideynlər “Odərlər” romanını müasir ədəbiyyatımızda yaranan milli vətənpərvərlik mövzusuna həsr olunmuş uğurlu nümunə olaraq qiymətləndiriblər.

Sonda yazıçı Şəmil Sadiq ən aktiv olan şagirdlərə kitab hədiyyə edib, onların kitablarını imzalayıb.

Bölmə : Bölməsiz