“OdƏrlər” romanının 3-cü nəşri işıq üzü görüb

24 Baxış

27017436_776972052497426_1156757305_o

 

Filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiqin “OdƏrlər” romanının 3-cü nəşri işıq üzü görüb. “XAN” nəşriyyatında çap olunan roman son dövrlərin vətənpərvərlik mövzusunda yazılmış ən dəyərli əsərlərindədndir. Romandakı hadisələr müasir dövrdə cərəyan etməsinə baxmayaraq, bir çox məsələlərdə tarixi mövzular qabardılır, müraciət edilən dönəmlərə sosial-psixoloji və fəlsəfi münasibət bildirilir. “OdƏrlər”də hələ də ümummilli dərdimiz olan Qarabağ mövzusuna özünəməxsus baxış var.

Müəllifdən aldığımız məlumata görə, oxucuların böyük rəğbətini qazanan bu roman əslində trilogiyanın ilk hissəsidir, gələcəkdə növbəti hissələr də yazılıb oxucuların ixtiyarına veriləcək.

Bu kitab haqqında danışan yazıçı Elçin Əlibəyli deyir ki, “Ədəbiyyat millətçi olmamalıdır, millətə məxsus olmalıdır, bu anda bizim belə ədəbiyyata ehtiyacımız var! Müəllifə təqdir!”.

Yazıçı Müşfiq XAN isə “OdƏrlər”i “Bu roman döyüşə, qəhrəmanlığa, şücaətə səsləyir…” deyə xarakterizə edir.

Türkiyə Cümhuriyyəti Kafkas Universiteti, Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının dosenti İlkin Quliyev isə bu fikirdədir ki,“OdƏrləri” oxuduqdan sonra çoxları özünü əsərdəki müsbət obrazların yerində görmək, onlar kimi səmimi, vətənpərvər, şücaətli olmaq, ən başlıcası, onlar kimi düşünmək istəyəcək. Bədii ədəbiyyat da elə bunu təlqin etməkdədir.”

KÖŞƏ YAZARLARI
TOP 10