“Oda” teatrında premyera – “Suriyalı”

74 Baxış

suriyal;Oktyabrın 2-i, saat 19:00-da  “Oda” teatrında “Suriyalı” tamaşasının premyerası olacaq.

Orxan Bahadırsoyun eyni adlı romanı əsasında səhnələşdirilmiş tamaşa Suriyadakı vətəndaş müharibəsindən, terrordan əziyyət çəkən və Türkiyədə qaçqın həyatı yaşayan suriyalıların taleyindən bəhs edəcək. İstanbulun gecə klublarında oriental rəqs edən suriyalı homoseksual gəncin həyatı, onun dili ilə müharibənin təsviri və şərq coğrafiyasındakı homofobiyanın amansız fəsadları – bütün bunlar “Suriyalı” tamaşasında öz əksini tapacaq.

Qeyd edək ki, tamaşada obrazlardan birini aktyor Elmin Bədəlov, suriyalı homoseksual gəncin obrazını isə müəllif Orxan Bahadırsoy özü canlandırır.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10