Oğlan evi-2

21 Baxış

14748097383405861737_1000x669Əvvəlki ilin kinokomediya janrında çəkilmiş ən uğurlu filmlərindən sayılan “Oğlan evi” filminin II hissəsinin çəkilişləri yekunlaşıb.

Senet.az saytının əldə etdiyi xəbərə əsasən premyerası dekabra planlaşdırılan ekran əsərinin üzərində montaj işləri aparılır.

Filmdə aktyor Nicat Rəhimov və videobloger Hüseyn Əzizoğlu çəkilib. Bundan başqa, aktyorlar Elşən Hacıbabayev və Qurban Məsimov da filmdə rol alıblar. Bu dəfə də ekran əsərində maraqlı və əyləncəli hadisələr əksini tapacaq.

Filmdə əsas hadisələr yenə də birinci hissədən ən çox yadda qalan Baba obrazının ətrafında cərəyan edəcək.

Filmin quruluşçu rejissoru İlham Qasımov, operatoru Nadir Mehdiyevdir.

 

Bölmə : Kino