Oğuz Bilik Evində Xocalı Faciəsi yad edildi

25 Baxış

oğuz tədbir326 fevral 2016-cı il tarixdə Oğuz rayon Bilik Evində Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri və Şəmil Sadiq və Müşfiq Xanının birlikdə qələmə aldığı Xocalı faciəsini əks etdirən “Ümidlərin izi ilə”  romanın təqdimatı keçirilib. Tədbirdə Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, “İnkişafa Doğru” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Cavidan Həsənov, Bilik Evinin tələbələri və müəllimləri, Oğuz şəhər 2 saylı orta məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yaradıcılıq Fakultəsinin Oğuz filialının rəhbəri Cəlil Cavanşir Qarabağ problemi, Xocalı faciəsinin  baş verdiyi günə qədər ermənilərin törətdikləri qətliamlar və xalqımızın başına gətirilən faciələrdən danışıb, redaktoru olduğu “Ümidlərin izi ilə” romanı barədə tədbir iştirakçılarına məlumat verib, tədbir iştirakçıları üçün romandan Xocalı faciəsini əks etdirən parçanı oxuyub. Tədbir iştirakçılarının romanla bağlı verdiyi sualları cavablandırıb.

Daha sonra çıxış edən Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov tədbir iştirakçılarına Xocalı faciəsi barədə ətraflı məlumat verib, gənclərə tariximizi öyrənməyi, erməni vəhşiliklərini unutmamağı tövsiyə edib.  Xocalıda baş verən qətliamın bəşəriyyət üçün utanc olduğunu, bu faciənin Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu bildirib.

Tədbir gənclərin diskusiyası və müzakirələri ilə davam edib.