“Oğuz eli” qəzetinin növbəti buraxılışı çap olunub

8 Baxış

15024488781227711798_1000x669

“Oğuz eli” qəzetinin “Yazıçı” adlı buraxılışının avqust nömrəsi işıq üzü görüb.

Senet.az xəbər verir ki, buraxılışın bu nömrəsi Aşıq Ələsgərə həsr olunub. Nəşrdə Anar, Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Rafael Hüseynov, Buludxan Xəlilov, Məhərrəm Qasımlı, Qərib Mehdi və digər qələm sahiblərinin Aşıq Ələsgər sənətinin bənzərsizliyi haqqında fikirləri əksini tapıb.

Görkəmli rəssamlardan Mikayıl Abdullayev, Sadıq Şərifzadə, Böyükağa Mirzəzadə, Ələkbər Rzaquliyev, Fəxrəddin Əliyev, Nağdəli Xəlilin yaratdıqları Aşıq Ələsgər portreti və onun şeirləri əsasında çəkilmiş maraqlı illüstrasiyalar, sənətşünas Ziyadxan Əliyevin bu rəsmlər barədə məqaləsi dərginin məzmununa ayrıca dəyər qatır.

Buraxılışın baş redaktoru Azər Abdulladır.

KÖŞƏ YAZARLARI
TOP 10