Oğuzda növbəti “Oxucu Klubu” yaradıldı

7 Baxış

15749098_1372654426112491_1866012330_o-2-1024x768

Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Oğuz rayonunda Oxucu klubu”nun yaradılması adlı layihənin icrası başa çatdırılmışdır. Layihə Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalib olmuş İsrafilov Asif Loğman oğlu tərəfindən 25 sentyabr 2016-cı il tarixdən etibarən həyata keçirilərək 3 ay müddətində davam etmişdir.

Layihənin əsas məqsədi rayon gəncləri arasında ədəbiyyata, kitaba və mütaliəyə marağı artırmaq, mütaliəli, kitaba ciddi marağı olan gəncləri bir araya toplamaq, gənclərin asudə vaxtının səmərəli təşkilinə dəstək olmaq məqsədi ilə “Oxucu klubu” yaratmaq olmuşdur.

Nəzərdə tutulan layihə çərçivəsində alınmış 150-dən çox kitabın dəvət olunan ekspertlərlə, ziyalılarla, yazıçı və şairlərlə, oxucular arasında müzakirəsini təşkil etmək üçün “Oxucu klubu”nda mütəmadi şəkildə toplantılar keçirilmişdir.

KÖŞƏ YAZARLARI
TOP 10