Oğuzda “Oxucu klubu” yaradılacaq

0 Baxış

oxucuAzərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Oğuz rayonunda “Oxucu klubu”nun yaradılması adlı layihənin icrasına başlanmışdır. Layihə Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalib olmuş Süleymanlı Amil Ramazan oğlu tərəfindən icra olunur, 25 sentyabr 2016-cı il tarixdən etibarən həyata keçirilir və 3 ay müddətində davam edəcəkdir.

Fonddan Senet.az saytına bildirilib ki, layihənin əsas məqsədi rayon gəncləri arasında ədəbiyyata, kitaba və mütaliəyə marağı artırmaq, mütaliəli, kitaba ciddi marağı olan gəncləri bir araya toplamaq, gənclərin asudə vaxtının səmərəli təşkilinə dəstək olmaq məqsədi ilə “Oxucu klubu” yaratmaqdır.

Nəzərdə tutulan layihə çərçivəsində alınmış 150-dən çox kitabın dəvət olunan ekspertlərlə, ziyalılarla, yazıçı və şairlərlə, oxucular arasında müzakirəsinin təşkili üçün “Oxucu klubu”nun toplantılarının keçirilməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulmuş toplantılar 21, 25 və 28 noyabr 2016-cı il tarixlərində Oğuz rayon Bilik evində keçiriləcəkdir.

Bölmə : OxucuKlubu