Avtraliyanın Perz şəhərində “Titanik” adlı sərgi açılıb. Sərgidə iştirakçılar 1912-ci ildə batan “Titanik” gəmisinin sərnişini olmaq imkanı əldə edirlər.
Beləki, sərgi salonunda gəminin otaqları, qazanxanası, yeməkxanası eyni ilə düzəldilib.
Bununla yanaşı, sərnişinlərə məxsus 300-dən çox geyim, zinət əşyası və “Titanik” filmində istifadə olunan “Okeanın qəlbi” adlı almaz boyunbağı da sərgiyə çıxarılıb.