Ölən Səddamın dirilən ordusu İŞİD…

231 Baxış

elbrus OrucovİŞİD, Səddam Hüseynin intiqamını almağa çalışır.

Fərat və Dəclə hövzəsində bir islam dövləti qurulur mu?

1000 ildən artıqdır ki bir xəyal dolaşır ” Bərəkətli Hilal ” deyilən bu torpaqlarda. Tək tanrılı və tək peyğəmbərli  inançların yarandığı  gündən bu yana bu torpaqlar da inanc toqquşmalarından milyonlar qətl edildi və hələ qana doymadı insanoğlu. Neçə dinlərə ,inançlara, mədəniyyətlərə ev sahibliyi edən Mezopotamiya 21. əsrdə də əvəzini ödməyə davam edir bu zzənginliklərin.

Adlar dəyişdi, inanclar dəyişdi, peyğəmbərlər dəyişdi, xəlifələr dəyişdi, təşkilatlar, ölkələr, dövlətlər və xalqlar dəyişdi ancaq ölüm dəyişmədi.

İndi də ölümün adı İŞİD elan edildi.

Din, məzhəb və xurafat inanc savaşları artıq tarixi rolunu tamamlamışdır. 21. əsrdə insana yeni elmlər lazım deyil?

Təəssüf ki Yaxın Şərqdə hələ də məzhəb, din davası davam edir.

Aprel 2013 adı bu günkü İŞİD olaraq dəyişdirən Təşkilat 2004-ci ildə “Tövhid və Cihad” adıyla Əbu Musa Zərkavi tərəfindən İraqda quruldu. Qısa adı İŞİD olan (İraq və Şam İslam Dövləti) adlı sünni islamın xilafətə söykənən dövlət layihəsi Ərəb milliyyətçiliyinin ötən əsrdə xəyalı idi. Ərəb pələngləri olaraq xatırlanan Liviya, Suriya və İraqdan yaranan dövlətlərin 350 milyonluq əhalisiylə Ərəb aləminin birləşdirilib İslam dövləti ətrafından formalaşdırılması hədəflənilirdi. 22 Ərəb dövlətinin tək damda görüşməsi və təxminən 1400 il əvvəlki islamı yaradan Hz.Məhəmmədin xilafət dövründə ki sünni islam anlayışının yerləşməsi nəzərdə tutulur. Əslində daha da dərinə getsək 680-750 tarixlərində qurulmuş Əməvi islam dövləti kopya edilməkdədir. Liviyanın Qəddafisi, İraqın Səddamı və çöl tülküsü ləqəbli Suriya dövlət başçısı Hafiz Əsədin öndərliyini anımsatmaqda idi . Bu üçlüyə zaman zaman Misirdə əlavə edilirdi. Misir, Liviya, İraq və Suriya Ərəb aləminin qabaqcıl dövlətləri və birləşmiş Ərəb ölkəsi fikri 1.Dünya savaşından sonra ortaya çıxar, 2. Dünya savaşı sonrası yayılar. Misir və Qırmızı dəniz-Süveyş kanalına istiqamətli 1952 də ki ABŞ və İngiltərə hücumunda böyük bir müqavimət göstərən Misir dövlət başçısı Nasırlə gözlə görülən bir milliyyətçi yüksəlişə rast gələrik. Halbuki Naisrin boyunəyməməsi   Stalin və SSRİ-nin böyük dəstəyinin nəticəsi idi. 1960-lar da Liviya, Misir, Suriya və İraqda milliyətçi Ərəb partiyaları ikitdara gəldilər despot və diktator liderlər Ərəb ictimaiyyətini ələ almağa başladı. Şübhəsiz bunların başında İraqda ki Bəəs Partiyası gəlir. Ərəb milliyyətçisi Bəəs Partiyasının başına gələn gənc diktator Səddam Hüseyn dövlət başçısı olaraq bölgədə öldürülənə qədər adından söz etdirir…

1968 də çevrilişlə hakimiyyət gələn hərbiçilər başda Səddam Hüseyin olmaqla tam olaraq nə olduğu anlaşılmayan sosialist bəzi zamanlar ərəb milliyətçisi olan siyasəti işğala qədər sürdürər.

Səddam bölgədə ən güclü ordunu qurar ən güclü və ən son texnologiyayla təchiz edilmiş silahları qərbdən və SSRİ dən alar. Misir, Suriya, Liviya və İraq yalnız siyasi deyil əsgəri olaraq da orta şərq və Ərəb aləmi içərisində tez-tez gövdə nümayişi edərlər. Neft quyularından  əldə edilən gəlirlərlə har vurub harman sovuran bu dövlətlər və diktatorları hər kəsə zaman zaman meydan oxuyurlar. 1970-ci illərdən yıxıldığı 2003-cü ildə qədər İraq dövlət başçısı olan Səddam 30 dekabr 2006-cı ildə edam edildi. 1991 də və 2003-cü ildə ABŞ öndərliyində ki qərbli imperialistlərin hərbi işğalına məruz qalan İraq da , 9 Aprel 2003 də  Səddamın ABŞ əsgərlərinin əlinə keçməsi ilə bir dövr bağlanmışdı. Ancaq onun meydana gətirdiyi ordu vardı.İraqın işağalı ilə təslim olan və ya təslim olmuş kimi görünən generallar ABŞ tərəfindən İraq ordusu buraxıldığı zaman təxris edilmiş və işsiz qalmışlardı.Həmçinin keçmiş nüfuzlarınıda itirmiş ,xalq içində onlara qarşı bir nifrət hissi yaranmışdı.Gedəcək bir yerləri də yox idi.

2004-ci ildə İşsiz qalan bəzi generallar, Səddamın işçiləri və rəhbərləri təkrardan yeralatına çəkilib təşkilatlanmağa başladılar. İşğala qarşı çıxmaq şüarıyla yeraltında döyüşmək, təxribatlar etmək və ölkədə xaos yaratmaq istəyirdilər. Din, Dövlət, Vətən, Millət və namus adına islamçı milliyyətçi gənclər yeraltına çağrılır. Köhnə general və əsgərlər təhsil işləri, hərbi və döyüş taktikaları öyrədir. Və beləcə  Tövhid və Cihad adıyla bir təşkilat qurulur.

İraqda işğalçı qüvvələrə qarşı təxribat və bombalamaların ardı arxası kəsilməz. Bu təşkilatlanma işğalçılara qarşı “müstəqil İraq ‘perspektiviyle işə başlayar  ancaq gedərək sünnü islamın, milliyyətçi Ərəb təşkilatlanmasına çevrilər. Bunu kürdlərə və şiələrə, yaşayış sahələrinə, inanc və ibadət mərkezlərinə edilən silahlı və bombalı  hücumlarda anlamaq mümkündür. ABŞ və müttəfiqlərini bölgəyə çağıran və onlarla əməkdaşlıq etdiyini iddia edərək  şiə inanclı Ərəbləri və Sünnü innaclı Kürdləri hədəf alıb qətliamlara  başlayarrlar. Bu tədbirlər və işğalın məzmunundan irəli gələn şərtlər kürdlər və şiələrin ortaq bir hökümət quraraq ölkədə hakimiyyəti ələ almağ istəklərini yaradar.YNK (Kürdüstan Vətənpərvər Cəbhəsi) lideri Cəlal Talabani prezidentliyə, şiə lider Maliki isə baş nazirliyə gətirilərək bir ittifaq cəbhəsi  yaradılaraq iqtidarın bu iki qrup arasında bölüşüldüyünün şahidi oluruq. Iqtidarsız iqtidarın olduğu İraqda işğalçı qüvvələr hər şeyi müəyəyn edən bir gücdür. Kürdlərin muxtariyyət və mübahisəli Kərkük məsələsi konstitusiyaya bir haqq olaraq kürdlərin xeyrinə yazılarkən, şiələrin hökumət, ordu və digər bütün qaynaqları yavaş-yavaş ələ keçirdiyini görürük. Psixoloji və sosioloji olaraq da İraq üç parçaya bölünmüşdü. 90 ildir ölkəni idarə edən təkcə anlayışı Sünnü Ərəb milliyyətçiliyi olan və hakimiyyətdən salınmış yox edilmiş iqtidarı dəstəkləyən sünni ərəblər,1-ci dünya müharibəsindən bu yana alaçldılan və hətda zaman zaman yox görülən kürtlər və bütün tarixi boyu basqı altında yaşayan şiələr.Əslində Sünnü Ərəb əhali İraqda azlıqda idi lakin iqtidar əlində idi. Desport idarə ediciliklə şiələri türkmənləri kürtləri və xristiyanları alçaldır zmaan zmaan sürgünə göndərir öndərlərini həbs edirdi bu kiçik amma gücə sahib olan milliyətçi sünni ərəblər. İranla 10 il davam edən bir müharibədə  1 milyon adamın qətlinə səbəb olan Səddam Hüseyn düşüncəsi bu generallarla birlikdə yeraltına çəkilmiş və ynei bir müharibəyə hazırlşamqda idi…

2004-2014 arasında bu şəbəkə müxtəlif ad və taktikalarla yüzlərlə silahlı hərəkət və bombalamalara imza atdı. Hamısının başında Səddamın generalları var idi. Və iyun 2014-cü ildə Mosulda adını eşitdirən İŞİD bu generalların idarə etdiyi təxminən 50 min silahlı millitandan ibarət idi. Bir gecə də və heç bir silahdan istifadə etməməklə Mosul’u ələ keçirdilər.

Mosul, sünnü Ərəb nüfusnun ən sıx olduğu və Səddamın da ən güclü olduğu bir bölgə idi. İraqın ikinci böyük şəhəri Mosulda Xilafət elan edən IŞİD’in Türkiyə konsulluq işçilərini da qonaq etməsi diqqət çəkicidir. 11 İyun 2014-cü ildə konsulluq vəzifəli və şoferlərindən  ibarət 49 nəfər IŞİD’in qorumasına alındı.Və maraqlısı bu idi ki konsul 109 gün İŞİD əlində əsir qalmasına baxmayaraq hər gün Türkiyəyə mesaj göndərə bilirdi.Necəsə telefonuna enerji doldura bilirmiş.Və Türkiyənin dəstəyinin olub olmadığını sınamaq üçün edilən bu hərəkətdən sonra İŞİD bir daha əmin oldu ki Türkiyə sonunadək dəstək olacaq.

Işidi Niyə başqa yerdə İSLAM üçün döyüşmür?

Təşkilatın diqqət çəkici bir tərəfi var. İsrail-Fələstin arasında Avqust ayında böyük bir qarşıdurma çıxdı. Qəzza İsrailin mühasirəsi altında üç həftə boyunca mühasirədə qaldı. Sünnü İslam inanclı Fələstin xalqına qarşı bombardman edən İsrail 2150 adamı qətlə yetirdi. Əfqanıstan, Somali, Nigeriya, Misir, Liviyada da məzhəb qarşıdurmaları yaşanırdı. Lakin İŞİD İraq və Suriyanın xaricinə çıxmadı. İslamın ilk illərində Əməvi inancı əsasında ki Sünnü İslam dövlətini qurmaq üçün şəhər və kəndlərdə xəlifəlik elan etməklə məşğul oldu. Hər iki ölkədə kürdlər, şiələr və digər inanclı qrupları hədəf aldı. Yezidilər və digər xristian inanclı birlikləri bölgədə soyqırımdan keçirməyə başladı. Təhqir, təcavüz və yrlə yeksan etmək kimi  hərəkətləri ilə digər xalqları yox etməyə başladı. Kürdlərin cənub və qərbi Kürdüstanda illər boyu qurduqları və azadlıqlarının rəmzi olaraq göstərdikləri nə var idisə hamısını məhv etməyə başladı. Şiələrə aid məscid, məktəb, yurd, ibadətxana, kitabxana və  muzeyləri bombalayaraq məhv etdi. Qadın, Qız və uşaqlara qarşı tam bir vəhşət nümayiş etdirməyə başladı və hələdə bu hərəkətlərini davam etdirir…

Yaxşı bəs niyə yalnız bu xalqları hədəf aldı?

IŞİD-i quran güc və iradə Səddam dövrünün ordusu və generalları idi. İntiqamlarını almağa İslam örtüyünə bürünərək bütün İslam aləminin dəstəyi almağa çalışdılar. Ən qəribəsi isə Sünnü İslama inanan bölgədə ki Kürdlərə qarşıda qətliamlar törətməkləri idi. Kürdüstan istiqamətli hücum. Madam ki Sünnü İslam dövləti quracaqsınız nəyə görə Sünni Kürdləri qətl edirsiz? Və İŞİDburada özünü ələ verdi. Səddamın generalları kürdlər dən intiqam almaq istəyirdi. İraqın işğalının günahını kürdlərə və şiələrə yıxan İŞİD Səddamın yeni ordusu idi. Bu Ordu Səudiyyə Ərəbistanı, Türkiyə və Qatarın Sünnü rəhbərliklərinə də dəstək almışdılar. Bunlara da Sünnü İslam dövləti qurub sizinlə olacağam demişdi. ABŞ və qərbli imperialistlərin də dəstəyini alaraq bölgədə 2012dən bu yana güclənmişlərdi…

Səddamın müavini İzzət İbrahim Al Douri’nin IŞİD də  baş rol oyanayan adam olduğu İngiltərə də yayaımlanan The Idependent qəzetində 14 iyun 2014-cü ildə açıqlanmışdı. Səddam dövrünün məşhur generalı Al dour Bəəs Partiyası üzvü, Muhabarat kəşfiyyat rəhbəri və Xüsusi İnqilab Gözətçiləri komandiri idi. İndi IŞİD’i idarə edirdi. Çox sayda köhnə Səddam generalı kəşfiyyat və inqilab gözətçisi indi İŞİD içərisində intiqam üçün gəncləri ‘Allah və İslam’ adına döyüşə, ölümə göndərir. Yalnız onlar mı? Əlbəttə ki xeyr .. Onun kimi olan çox sayda adam var İŞİD içərisində. Səddam dövründə ki İraq ordusu rəhbərlərinin yüzdə 85i əslən Mosul və ya əl Tiqrit bölgəsindəndir və  sünni ərəb mənşəli, milliyyətçi və sünnü islamçı fikirlərə sahib idilər.

2014-ci ilin ilk altı ayında təxminən 50 min silahlı adama sahib olan İŞİD, İraq və Suriya də Bərəkətli Hilal deyilən bölgəni ələ keçirmək üçün, yəni Mesopotamiya, Kərkük, Mosul, Sincar, Kərbala, Nəcəf, Bağdad … yəni Kürdüstana qarşı döyüşməyə başladı. Fərat və Dəclə arasında qalan torpaqlarda Xilafət elan etmə arxasına düşdü və bunun üçün cənnətə gedəcək gəncləri topladı. Müqəddəs torpaqları qurtaraq propogandasıyla tam 17 ölkədə təxminən 8 min adamı bölgəyə gətirdi. Sünnü ərəblərin sıx yaşadığı və keçmişdə Səddam Hüseynin qalaları olaraq bilinən bölgələrdə ayrı dövlət, ayrı rəhbərlik elan etdi. Fəlluca, Ramadani, Mosul, Tiqrit kimi şəhər və bölgələrdə hakimiyyət qurdu..Ələ keçirdikləri bank və şirkətlərdən 2 milyard dollarlık pul əldə etdi. Gündəlik 2 milyon dollar xərci olan silahlı gəncləri islamın qurtuluşu üçün cihad vəzifəsinə gətirdilər, ölməyin Minlərlə ağ rəngli Toyota marka avtomobil, İraq ordusuna aid tank və hhm silahları, ağır silah və bombalarla bölgəni qan dəryasına çevirdilər. Bu böyük təşkilat yalnız Əl Nusra, Əl Qaidə və ya kiçik dinçi qrupların işi ola bilməz di ?

İranda uzun müddət heç bir açıqlama etmədi İŞİD-ə qarşı.. İraqın keçmiş baş naziri Nuri Maliki İranın müttəfiqi idi. Eyni şəkildə Suriya ordusu IŞİD’ə qarşı çox böyük əməliyyat və qarşıdurma və ya yox etmə cəhtləri həyata keçirə bilmədi.

Suriya, İraq və İran hökumətləri bir istiqamətiylə deyim yerindədirsə IŞİD’ə qarşı səssiz qaldılar. Eyni şəkildə ABŞ və qərbli kapitalist dövlətlərdə ilk üç ay səssiz qaldılar. Nə zamanki maraqlarına təhlükə yarandı, vətəndaşlarının başı kəsildi və bu vəhşiliklərin videoları yayılmağa başladı qərblilər də mırıldanmağa başladılar. Kürdlərə, döyüşün sizə silah verəcəm demişdi. Yaxşı eyni qərb nəyə görə bu sözləri Suriya və İraq hökümətlərinə demirdi?

İŞİD, Səddamın köhnə ordusunun yeni adıdır. İslamlaştırılmış ruhudur, islamın ilk çıxdığı illərdə, yayıldığı illərdə ki kimi islami motivasiya ilə hərəkətidir. İslamdan qopardıla bilməz. İslamın konstitusiyası Quranı Kərimin Nisasının həyata keçirilişidir. Əməvilər dövründəki Ərəb İslam milliyyətçiliyi nümunə alınmışdır!Ondandır ki İŞİD islami arqumentlədəni istifadə edərək bölgədə terror əsdirir. Döyüşçü gənclər yığır və fərqli inanc, mədəniyyət və şəxsiyyətlərə qarşı qətliamlar həyata keçirir.

İŞİD, Səddam Hüseynin intiqamını almağa çalışır. Kürdləri və şiələri hədəfləyən bir təşkilatın islamçılığına inam da zəifləyir. Əgər islamçı isə İsrailə qarşı səssizliyində bir səbəb olmalıdır.

mənası:

- İraq və Şam İslam Dövləti

- Dövlət Ül İslâmiyyə fil İraqi vəl Şam …

- İraq and Damascus İslam State

Ilk qurulduğu illərdə adı “Camaat əl-Tövhid vəl-Cihad” idi. Oktyabr 2004də “Tənzim fil biladi əl-Rafidayn” ya da daha çox bilinən “İraq əl-qaydası” adını aldı. Yanvar 2006-cı ildə bir neçə kiçik qrupla birləşərək “mücahid Şura Şurası” adını, Oktyabr 2006da da “İraq İslam Dövləti” adını aldı. Aprel 2013 adı “İraq və Şam İslam Dövləti” olaraq dəyişdirildi. İyul 2014 dən  bu yana Əbu Bəkir əl-Bağdadini köməkçisi Adnani’nin Xəlifə elan etməsi ilə adı “İslam Dövləti” olaraq qaldı.

Yanvar 2014-cü ildə Anbar’daki qarşıdurmalarda təşkilat Fəllucə və Ramadinin bir qismini nəzarəti altında aldı. 3 Yanvar 2014-cü ildə işidi Fəllucədə müstəqil bir İslam dövləti elan etdi.

Hələbdə isə İslami Cəbhə və Azad Suriya Ordusu, IŞİD-əqarşı birlikdə bir hücum başlatdı.

25Ocak 2014-cü ildə İŞİD, Livanda şiə Hizbullaha qarşı döyüşmək üzrə yeni bir milis qanad qurduğunu açıqladı. 18 Fevral 2014-cü ildə İraq Süleymaniyədə polis mərkəzinə təşkil edilən İŞİD hücumunda üç nəfər ölmüş, 11 nəfər də yaralanmışdır. Azad Suriya Ordusu və İslamçı qruplar parçalandı. 1 Mart 2014-cü ildə təşkilat, hakim olduğu Türkiyə sərhədindəki Əzaz qəsəbəsini Azad Suriya Ordusnun basqılarına tab gətirə bilməyərk tərk etdi.Şərqədn isə kürdlərin hücumlarına məruz qaldı.

1 İyun 2014-cü ildə İŞİD, Türkiyənin Mosul Başkonsolluğuna hücum təşkil eədərk ələ keçirdi. Baş konsul ilə birlikdə 49 adamın əsir alındığı bildirildi. Türkiyə konsulluq işçilərinin yaxşı olduğu xəbərləri hər gün bildirildi.Mosulda IŞİD-in Başkonsolluğu və elektrik stansiyası basqınlarında cəmi 80 Türk vətəndaşı girov alındı. Türkiyə höküməti , Birləşmiş Millətlər Təşkilatının və NATO nəzdində toplanan müşavirənin təhlili ilə bağlı göstərməlik də olsa Təhlükəsizlik Zirvəsi çağırdı və  Çankaya Köşkündə toplandı. Lakin nəticə yox idi. Yaralı İŞİD üzvləri sərhəddə Türkiyə xəstəxanalarına gətirilib müalicə edilir, xaricdən gəlib IŞİD-ə qatılmaq istəyənlər Türkiyə torpaqlarını istifadə Suriya və İraqa keçirdilər.

İslam dünyası təşkilatlanır.

ABŞ-ın Əfqanıstanı işğalıyla Zərk Vi İraqa getdi. Burada yara aldığı ayağı üçün tibbi dəstək aldı. İraqın şimal-şərqində təsirli Kürd İslamçı xadim bir qrup olan Ansar al-İslam ilə geniş bir əlaqə şəbəkəsi qurdu. Ansar təşkilatının İraq kəşfiyyatı ilə birlikdə çalışdığı, Səddam Hüseynin bu qrupu Kürdüstanın müstəqilliyi üçün döyüşən dünyəvi kürd qruplara qarşı istifadə etdiyi də iddia edilir. Yanvar 2003də Ansar’ın qurucusu Molla Krekar Səddam Hüseyn rejimiylə hər hansı bir əlaqələri olmadığını açıqlamışdı. Bölgədə ki Kəşfiyyat vahidlərinin hesabatlarına görə Zərk Vi və Səddam arasında hər hansı bir əlaqə olmadığı, Səddamın Ansar qrupunu rejimə bir təhdid olaraq gördüyü və buna görə təşkilat içinə kəşfiyyatın sızmış ola biləcəyi qarşıya qoyuldu. ABŞ Senatının 2006-ci ildə hazırladığı İraq hesabatında “döyüş sonrası əldə edilən məlumata görə, Səddam Hüseyn Zərk Viyi tutmağa çalışırdı, lakin bunda müvəffəq ola bilmədi” deyilirdi. ABŞ-ın İraqı işğalından sonra Cema’at əl-Tevhid vəl-Cihad əl-Ansar və digər xarici təşkilat üzvlərini də içinə qataraq şəbəkəsini daha da genişləndirmişdir və İraq işğalına qatılan güclərə qarşı mübarizəyə başlamışdır. İraqa döyüşmək üçün gedən bir çox döyüşçü bir şəkildə Zərk Vi qrupunun içində özünü tapdı. May 2004-cü ildə Cema’at əl-Tevhid vəl-Cihad qatı islamçı olan başqa bir qrup Salafiah al-Mujahidiah ilə birləşdi….

Maliyyə Gücü:

Təşkilatın öz daxili hədiyyələri, zənginlərdən  pul toplanması, soyğun kimi maliyyə tədbirlərin yanında başqa gəlirləri də var. RAND araşdırma şirkəti tərəfindən İraq əl-qaydası və İraq İslam Dövlətinə aid ələ keçirilən 200-dən çox sənəd, xərcləmə hesabatı və bənzəri sənəd analiz edilərək bir araşdırma edildi. Araşdırma nəticələrinə görə 2005 ilə 2010 arası təşkilata xaricdən yığılan hədiyyə nisbəti yalnız 5% idi. Geri qalan əməliyyat büdcə kəsiri İraq içində qarşılanırdı. Təşkilata bağlı qaçırma, saxlama, girov alma və digər fəaliyyətlərdən əldə etdikləri gəlirin 20% -ni qrup mərkəzinə göndərmək məcburiyyətində olduğu təyin olundu. Yüksək rütbəli komandirlər bu gəlirləri yeni hücumlar reallaşdırıla bilməsi üçün yerli və ya regional vahidlərə köçürlər. Qeydlər İraq İslam Dövlətinin nağd pul baxımından Mosuldakı üzvlərindən asılı olduğunu göstərir. İraq kəşfiyyatının bir İŞİD agentindən əldə etdiyi məlumata görə təşkilatın 2 milyard dollarlıq maliyyə gücü var. Bu sərvətin böyük əksəriyyətinin Mosul Mərkəz Bankından oğurlanan pullar və qızıllar olduğu göstərilir.

Aradan aylar keçdikdən sonra ABŞ düyməyə basdı. Artıq IŞİD-lə maraqları uyğunlaşmırdı.

7 Avqust 2014-cü ildə ABŞ prezidenti Barak Obama IŞİD-ə qarşı bir hava hücumu əmri verdi. Pentaqon, təyyarələrin Ərbil’i müdafiə edən kürd güclərlə bərabər hücuma başladı.Bəzi mənbələrə  görə ABŞ IŞİD -i yalnız Kürdüstan və Ərbil ətrafında bombalayaraq sadəcə keçmiş müttəfiqləri olan kürdləri qoruduğunu deyir. Təşkilatın idarə heyətinə toxunmadığı irəli sürülür. Bundan məqsəd isə yalnız Barzaninin təsirli olduğu yerləri qorumaq olduğu deyirlər.

Ən son Türkiyə Cümhuriyyətinin öz torpaqları xaaricində sahib olduğu tək quru parçası olan Süleymanşah türbəsinin yerini dəyişdirməsi ilə deyə bilərik ki Türkiyə höküməti faktiki olaraq ya İŞİD dən çəkinir ya da ki əlbir hərəkət edir.

Nə var ki kim nə deyirsə desin bu gün gəlinən vəziyyətdə ABŞ, AB, bölgə ölkələri, kürdlər, Ələvilər, Yezidilər, azərbaycanlılar, şiələr, solçular və ya sosialist qrupların ilk dəfə bir mövzuda İŞİDin yox edilməsndə ortaq fikrə gəldiyinin şahidi oluruq

IŞİD’İN qurucuları və ya liderləri:

Əbu Musab Zərk Vî (2006-cı ildə öldürüldü)

Əbu Ayyub əl-Masri (2010-cu ildə öldürüldü)

Əbu Abdullah əl-Rashid Bağdadi (2010-cu ildə öldürüldü)

Əbu Ömər Bağdadi

Əbu Bəkir Bağdadi

Əbu Omar al-Shishânî

Yüksək rütbəli idarəediciləri :

 

Abu Anas əl-Shami (2004-cü ildə öldürüldü)

Abu Azzam (2005-ci ildə öldürüldü)

Abu Omar al-Kurdî (2005-ci ildə tutuldu)

Abdul Hadi al-iraq (2006-cı ildə tutuldu)

Hamid Juma Faris Jour al-Saeed (2006-cı ildə tutuldu)

Sheik Abd-Al-Rahman (2006-cı ildə öldürüldü)

Khaled al-Mashhadanî (2007-ci ildə tutuldu)

Abu Yaqub al-Masri (2007-ci ildə öldürüldü)

Haitham al-Badri (2007-ci ildə öldürüldü)

Mahir al-Zubaydî (2008-ci ildə öldürüldü)

Mohamed Moumou (2008-ci ildə öldürüldü)

Huthaifa al-Batâwî (2011-ci ildə öldürüldü).

Bəzi qaynaqlara görə təxminən 50 min silahlı xadimi ilə Yaxın Şərqdə həmde iki ölkəni birləşdirərək bir İslam dövləti qurma layihəsi əslində BOL (Böyük Orta Şərq Layihəsi) ‘nin davamıdır. ABŞ və qərbli imperialistlərin böl, parçala və idarə et siyasətinin  bir mərhələsi də ola bilər. İŞİD, Əl Qaidə, Əl Nusra və ya azad Suriya Ordusu ancaq bu layihənin bir iştirakçıları ola bilər ! Demokratiya, Bərabərlik, Ədalət və azad bir dünya xəyali olanların bu proyektdə rol alması düşünülə bilməz!

Elbrus Orucov

 

Bölmə : Araşdırma
KÖŞƏ YAZARLARI
TOP 10