“Öldür məni, can-ciyər”

50 Baxış

teatr

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 46-cı mövsümə yekun vurub.

Senet.az xəbər verir ki, teatr mövsümü türk yazıçısı Əziz Nesinin “Öldür məni, can-ciyər” tamaşası ilə yekunlaşdırıb. Tamaşanın quruluşçu rejissoru, Əməkdar Artist, teatrın baş rejissoru Firudin Məhərrəmovdur. Rolları Əməkdar artistlər Növrəstə Həşimova, İlahə Səfərova və aktyor Mətləb Səfərli oynayıb.

“Öldür məni, can-ciyər” tamaşası apreldə İzmirdə keçirilən “Menemen Teatr Festivalı”nda da uğurla çıxış edib.

Qeyd edək ki, teatr yeni mövsümü sentyabrın əvvəlində açacaq.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10