Oljas Süleymanovun şeirləri

238 Baxış

oljassuleymanov

Oljas Süleymanov 

 

Axşamüstü

 

Bilirəm asan deyil

Şirin dilə aldanmaq –

Bu evdən o evə daşınmaq.

Uşaq arabası, yorğan-döşəklə.

Uzağı yarım ay

Ərinlə birtəhər yola gedirsən.

Aradan çıxırsan,

Külək kimisən,

Yağı kəsilmisən ev sahibinə.

 

 

Qum üstündə nar dənəsi

 

Bu narın qabığı möhkəmdi bir az

Beyni qan içində, al qırmızıdı

Kolluqda bar verib bir nar ağacı

Tacik köynəyini sərib kolluğa.

Burda oturmuşam sanki min ildi

Yanıb qaralmışam zəncidən betər.

Deyirəm azacıq alım dincimi,

Uzaqdan gəlirəm –

Yerlə-yeksan olmuş Mərv şəhərindən.

Narı kəsmək də olar, satmaq da olar

Basdıra bilərsən nar çubuğunu,

Yüzlərlə meyvə var saplağın üstə

Elə bil nizə tək saplanıb göyə

Ekvator kəmər tək, dolanıb Yerə,

Kimsə boğazadək qum içindədi

Baxıram qırmızı nar şirəsinə,

Səni əldən salar səhrada bürkü,

Əksinə getməyin nə mənası var?

Kölgə axtarıram daldalanmağa,

Kölgə gizlənibdir nar qabığında.

Kölgə sıxılıbdır nar şirəsinə,

Düzü, nə gizlədim, mənə yaxşıdı

Dincəlim sözlərin sərinliyində.

Mənim qulluğumda dayanıb qışlaq

De kimə gərəkdir əlavə söz-sov,

Kimdir qulaq asan uzunqlağa?

Qazan qaynayanda, bişəndə plov.

 

 

 

Tərcümə etdi: Akif Əhmədgil

 

 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10