Ölkəmizdə səfərdə olan kino mütəxəssisləri Qobustan qoruğunda

0 Baxış

hg

Kino sahəsində əməkdaşlıq məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də digər ölkələrdən gəlmiş kino sahəsi üzrə mütəxəssislər Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət ediblər.

Senet.az xəbər verir ki, qonaqları Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Elnur Əliyev, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov və nazirliyin digər məsul şəxsləri müşayiət ediblər.

Qonaqlar Azərbaycan tarixi-mədəni irsinin daş yaddaşı olan Qobustan abidələri, buradakı qayaüstü rəsmlər, qoruq ərazisindəki muzey kompleksi ilə maraqla tanış olublar. Onlara qoruq ərazisində qazıntılar nəticəsində aşkar olunmuş artefaktlar haqqında da məlumat verilib.

Bölmə : Sənət xəbər