“XAN” nəşriyyatında dünya şöhrətli Ameirka yazıçısı Teodor Drayzerin ölümsüz əsəri “Amerika faciəsi” kitabı işıq üzü görüb.
Romanda küçə vaizlərinin oğlu olan, sıravi amerikalı Klayd Qrif-fitsin taleyindən danışılır. Müəllif göstərir ki, saxta idealların hökm sürdüyü bir quruluşda ruhu xilas etmək mümkün deyil. Vaizlərin oğlu valideynlərinin yolu ilə deyil, nəfs yolu ilə gedir. Əxlaqı pozulur, na-muslu həyat sürən məsum Robertanı yoldan çıxarır. Cəmiyyətdəki “yüksək təbəqənin” üzvlüyünü qazanmaq istəyi səbəbindən Robertanı öldürməklə nəticədə özünü də məhv edir. Yazıçı bu əsəri ilə Amerika-nın sosial həyatının, kapitalizmin eybəcər və dəhşətli üzünü göstərmişdir.
Bu kitabda “Amerika faciəsi”nin üç hissəsindən 1-cisi təqdim olunub.