Ömər Eldarovun yaradıcılığına aid kitab

11 Baxış

aaaaaaaaaaaaaaaaaaaaaaaaaa

Yazıçı Günel İmranın “Qanun nəşriyyatı”nda “Ömər” adlı yeni romanı çapdan çıxıb.

Kitab Xalq rəssamı, məşhur heykəltəraş Ömər Eldarovun həyat və yaradıcılığına həsr olunub.

Romanda sənətkarın ömür yolunun müxtəlif dövrlərinə aid maraqlı faktlar, həyat və sənətlə bağlı düşüncələri bədii şəkildə əks olunub.

Qeyd edək ki, Günel İmranın bundan öncə üç nəsr kitabı “Məni kim öldürdü” (2014), “Qapqara günəş” (2015), “Maya və ifritənin büllur ürəyi” (2016) işıq üzü görüb.