Ömər Xəyyam: “Vətən yanğısı kimi motivləri çap elətdirənlərə yazığım gəlir.”

157 Baxış

omerSenet.az-da 13-cü sual LAYİHƏSİ

Layihənin qonağı olmuş yazarlar

Kənan Hacı

Pərviz Cəbrayıl

 

Layihənin qonağı: Ömər Xəyyam

Layihə rəhbəri: Müşfiq XAN
1. Niyə yazırsınız?

– Bu “niyə nəfəs alırsınız” – kimi bir sualdı.

 

2. Nədən yazmaq lazımdı?

– Maarifləndirmək! Seksdən də yazmaq olar, məişətdən də. Məqsəd bilavasitə maarifləndirmək olmalıdı.

3. Kimi oxuyursunuz?

– Qabağıma çıxan hər imzanı oxuyuram.

 

4. Kimi oxumursunuz?

– Şeir oxumuram. Şairləri oxumuram. Ağrılarını, ayrılıqlarını qusurlar sətirlərə, nə mənası var axı? Camaat da oxuyub, ”like” eləyir.

 

5. Sizcə oxucularınızın sayı nə qədər olar?

– Oxucunu payızda sayarlar.

 

6. Yazmasaydınız nə işlə məşğul olardınız?

– Bu iş deyil, həyat tərzidi. İş televiziyadı, çörək pulum ordan çıxır. Məktəbi olmayan və öyrədilməsi birmənalı şəkildə mümkünsüz bir zad sənət deyil, iş ola bilməz.

 

7. İmkanınız olsaydı ildə neçə kitab çap etdirərdiniz?

– Çap imkanı var. İlk olaraq ortaya çıxarılacaq nəsə yazmaq lazımdı. Sevgili ayrılıqları, vətən yanğısı kimi motivləri çap elətdirənlərə yazığım gəlir.

 

8. Nəyi yazdığınıza peşmansınız?

– Yazdıqlarım elə mənəm. Özümdən razıyam.

 

9. Sizcə Azərbaycanda Ədəbiyyat üzrə Nobel kimə verilməlidir?

– Əkrəm Əylisliyə

10. Feysbukda neçə profil işlədirsiniz?

– Bir profilim var. Onu da şərik işlədirəm.

 

11. Yazmaqdan “bişey-mişey” çıxır? Bir yazınızdan, yaxud da kitabınızdan ən çox nə qədər qazandığınızı oxucularımız üçün də açıqlayın, lütfən.

– Hə… Bir ölkədəki bu sual verildi, nəinki Nobel, “mis qələm” mükafatı da gözləmə. Bir dəfə pul almışam, o pulun da kafelərdə daş salmışıq başına dostlarla.

 

12. Yazmaqdan nə vaxt əl çəkəcəksiniz?

– Cənnətdə

 

13. Rudolf Virxovu tanıyırsınız?

– İndi googledə axtardım, tanımırdım düzü. Alman alimiymiş, “Hüceyrə nəzəriyyəsi”nin banisi.

Müşfiq XAN:

Qonağımın “13-cü sual”a verdiyi cavabda R.Virxovun “Hüceyrə nəzəriyyəsi”nin banisi olması ilə bağlı fikri doğru deyil. Çünki bu nəzəriyyənin banisi Teodr Şvanndır.

 

KÖŞƏ YAZARLARI
TOP 10