Onlardan nəyiniz əskikdir?

154 Baxış

10385585_713879888701805_7223423630319099533_nYəqin ki bir çoxunuz fiziki qüsurlu insanları görmüş və onlar haqqında müəyyən qədər biliyə maliksiniz. Birinin əlləri olmadığı halda ayaqları ilə pianinoda ifa etməsi, birinin görmə qabiliyyəti olmadığı halda duyğu vasitələri ilə rəsm əsərləri yaratması, birinin ayaqları olmadığı halda əlləri ilə muxtəlif idman sahələrində uğur qazanması haqqında məlumatınız var. Əgər yoxdursa da, o zaman indi oldu. Bayağı səslənən “Allah bir tərəfdən üzəndə, bir tərəfdən düzər” fikrini bu an düşünmənizə gərək yoxdur. Çünki burada Allah deyil, insan özünün qabiliyyətini kəşf edir və həyat, yaşamaq uğrunda mübarizəyə atılır. Fikrimcə, Allah o qədər qəddar deyil ki, körpəni kor, şikəst yaratsın. Burada başqa qanunauyğunluq var. Məsələn: Valideyn amili və onun hərəkətlərinin törəmə qanunauyğunluğu.

Fiziki qüsuru olanlar özünü cəmiyyətin bir parçası və hətta qüsurlu olmasına baxmayaraq, cəmiyyət üçün yararlı hesab edir. O, həyatdan küsmür, həyata bağlı olduğunu öz əməlləri ilə sübut edir. Hətta elə insanlarla rastlaşmışıq ki, fiziki qüsuru olmasına baxmayaraq, sağlam insanlardan artıq dərəcədə cəmiyyət üçün faydalı işlər görür, insanlığa səsləyəcək əməlləri ilə seçilirlər.

Ey fiziki qüsuru olmayanlar, bütün bunları bildiyiniz halda sizin onlardan nəyiniz əskikdir? Əliniz var, ayaqlarınız var. Gözləriniz görür, beyniniz düşünür. Amma bunlara baxmayaraq olduqca naşükür insanlarsınız. Niyə? Ona görə ki, kimsə ümumiyyətlə kor olduğu halda Allahaına şükür edir, siz isə eynəyin ən bahalısını istəyirsiniz. Kimsə kar olduğu halda, siz ən bahalı “player”lərdən istifadə edirsiniz. Kimsə ayaqları olmadığı halda yaşadığı üçün Allaha dua edir, amma siz niyə ən yaxşı ayaqqabıya sahib ola bilməməniz üçün naşükürlük edirsiniz. İndi düşünün. Kim daha çox fiziki qüsurludur? Onlar ya siz?

Məgər siz onlardan artığını etmək iqtidarında deyilsinizmi? Fikrimcə bunu bacaracaq gücdəsiniz, amma sizə mane olan səbəblər var. O səbəbləri aradan qaldırsanız, sizin üçün keçilməyəcək keçid, aşılmayacaq dağ, üzə bilməyəcəyiniz dəniz qalmayacaqdır. Sizə mane olan səbəbləri şeytanda da axtarmayın. Zatən elə bir varlıq yoxdur. Amma o xislətə malik insanlar var ki, sizə mane olan səbəblərdəndir. Bu arada belə bir el misalı fikrimi sizə daha açıq şəkildə çatdırmağıma yardım edər. “Çaqqal var gödən yırtar, qurdun adı bədnamdır”.

Digər səbəbləri sadəcə qeyd etməklə həm sizin, həm də özümün zamanıma qənaət etmiş olum. Amma o səbəblər haqqında mütləq düşünmənizi və aradan qaldırmağınızı rica edirəm. Həmin səbəblər bunlardır: tənbəllik, acgözlük, paxıllıq, vaxtın düzgün bölüşdürülməməsi, “mən” ola bilməmək, niyə onu mən bacara bilməyim? sualı ətrafında düşünməmək, mütaliəsizlik, düzgün qidalanmamaq, dünya varına görə yolundan kənara sarpmaq, olanlarına görə şükür etməmək, öz potensial gücünü küçümsəmək, həyata bağlı olmamaq, xırdalıqları boşlamamaq və s.

Bunlar sizin əskiklərinizdir. Əskiklərin vəhdəti sizin parçalanmağınıza, tam ola bilməmənizə bariz təhlükədir. Sizi tam olmağa və bu tamlıqda yalnız müsbət düşüncələrə köklənərək uğur əldə etməyə qoymayanları aradan qaldırmaqla, həm özünüzə, həm ailənizə, həm də yaşadığınız cəmiyyətə böyük fayda vermiş olacaqsınız.

Çalışın bütövün yaralı deyil, yararlı, ziyanlı deyil, ziyalı parçası olun!

 

 

Bölmə : Yazarlar
KÖŞƏ YAZARLARI
TOP 10