“Onlayn media: Yeniliklər, perspektivlər, problemlər” seminar-treninqinin açılış mərasimi keçirildi

158 Baxış

Picture10İstiqlal Tədris və Yaradıcılıq Mərkəzində “Onlayn media:Yeniliklər, perspektivlər, problemlər” mövzusunda seminar-treninq keçirildi. Hədəf  Karyera Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev çıxış edərək qonaqları salamladı, tədbir barədə iştirakçılara geniş məlumat verdi: “Layihəmiz İstanbul Aydın Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu gün universitetin “İctimaiyyətlə əlaqələr” fakültəsinin dosenti Adəm Aytən bizimlə birgə olacaq və Türkiyə jurnalistika təcrübəsini  bölüşəcək. Bununla yanaşı tədbir boyunca sizi maraqlandıran suallar cavablandırılacaq, xaricdə jurnalist təhsili haqda geniş məlumat veriləcək”.

Daha sonra söz Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova verildi. O, Azərbaycan jurnalistikasının ənənələrindən, müasir medianın inkişaf istiqamətlərindən söhbət açaraq təlim iştirakçılarını məlumatlandırdı: “ Azərbaycan jurnalistikası böyük ənənələrə malikdir. “Əkinçi” qəzetindən başlanan bu şərəfli yolun məsuliyyəti hazırki dövrdə siz gənclərin üzərinə düşür. Bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən jurnalistlər və KİV var. Jurnalistikamız dünyanın ən inkişaf etmiş ölkələrinin mediası ilə müqayisə oluna biləcək səviyyədədir. Təəssüflə qeyd etməliyəm ki, son dövrlərdə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu ilə paralel olaraq Azərbaycanın əleyhinə sifarişli yazılar da artmaqdadır. Bu baxımdan siz gənc jurnalistlərin üzərinə çox böyük məsuliyyət düşür. Sizlər bu kimi hallara qarşı mübarizə aparmalı, dünyaya həqiqətlərin çatdırılmasına səy göstərməlisiniz”.

“Hədəf” Şirkətlər Qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq çıxışında seminar-treninqin keçirilməsində əsas məqsədin gənc jurnalistlərin biliklərinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi olduğunu vurğulayıb: “ Gənc jurnalistlərin bilməli olduqları belə bir məşhur ifadə var. Jurnalist birinci vətəndaş, daha sonra jurnalistdir. Yəni jurnalist ilk öncə ölkəsinin maraqlarını qorumalıdır. Bu mənada siz gənclərin gələcək fəaliyyətinizdə bu fikri tez-tez xatırmalağınızı və tətbiq etməyinizi arzu edirəm”.

Seminar-treninq  Adəm Aytənin “Türkiyədə və İAU-də jurnalistika tədrisi” mövzusunda çıxışı ilə davam etdi. Türkiyəli qonaq İstanbul Aydın Universitetində jurnalistika fakültəsinin yaranma tarixindən və inkişaf mərhələlərindən bəhs etdi.  Gənclərin suallarını cavablandıran Adəm Aytən onlarla öz təcrübəsini bölüşdü.

Çay fasiləsindən sonra Bakı Dövlət Universitetinin profossoru elmler doktoru, professor Alıxan Bayramov və universitetin “Jurnalistika Elmi-Tədqiqat Laboratoriyası”nın müdiri, dosent Vüqar Zivəroğlu  çıxış edərək tədbir iştirakçılarının xəbər mühitində dezinformasiyanın yayılmasının qarşısının alınması, Ermənistanla informasiya müharibəsinin aparılması və jurnalistikanın praktik tərəfləri ilə bağlı  suallarını cavablandırdılar.

Qeyd edək ki, treninq ikinci günündə tanınmış jurnalistlərin iştirakı ilə “Onlayn media: Yeniliklər, perspektivlər, problemlər” mövzusu ətrafında müzakirələr keçiriləcək.

Picture24

 

 

Picture6

 

 

Picture27

 

 

Picture25

 

 

 

Picture26

 

 

Picture23

 

 

Picture22

 

 

Picture24

 

 

Picture19

 

 

 

Picture20

 

 

Picture18

 

 

Picture16

 

 

Picture15

 

 

Picture14

 

 

Picture13

 

 

Picture17

 

 

Picture10

 

 

Picture9

 

 

Picture8

 

 

 

Picture7

 

Picture5

 

 

Picture4

 

Picture3

 

Picture2

 

 

Picture1

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10