Onu xilas etmək mümkün olmadı

58 Baxış

gunlaerƏməkdar artist Gülnar Salmanova bu gün səhər saatlarında dünyasını dəyişib. 

Senet.az xəbər verir ki, Gülnar Salmanova uzun müddətdir ki, şəkərli diabet və xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Bir qrup jurnalist onun sağalmağı üçün kampaniya başlatmışdılar. Bundan sonra Əməkdar artist  3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişdi. Ancaq təəsüf ki, onun həyatını xilas etmək mümkün olmadı.

Qeyd edək ki, Gülnar Salmanova 1956-cı ildə anadan olub. 1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Artisti fakültəsini bitirib. Həmin ildən Musiqili Komediya Teatrında işləyib. Aparıcı səhnə ustası idi. Güclü və məlahətli soprano səsə malik idi. Əsasən “Subretka” ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edirdi.

Onun “50 yaşında cavan” tamaşasındakı Gülnaz, “Beşmanatlıq gəlin”dəki Naznaz, “Özümüz bilərik”dəki Ceyran, “Subaylarınızdan görəsiniz”dəki Çiçək, “Hicran”dakı Çarleston, “Bankir ədaxlı”dakı Maral, “Məhəbbət oyunu”dakı Ceyran, “Bir günlük siğə”də, “Aldın payını, çağır dayını” tamaşasında At Balaxanım və s. obrazları orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.

2001-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10