Senet.az Mədəniyyət və Turizm nazirliyinə istinadən xəbər verir ki, Zamin Məmmədovun “Onun atası” qısametrajlı bədii filminin beynəlxalq premyerası İtaliyada baş tutacaq.
Film 17-ci “ASIATICA Encounters with Asian Cinema” Film Festivalının “Panorama” müsabiqə proqramına dəvət alıb. Festival 17 sentyabr-2 oktyabr tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək.