“Onun atası” filminin beynəlxalq premyerası

2 Baxış

onunRejissor Zamin Məmmədovun “Onun atası” qısametrajlı bədii filminin İtaliyada beynəlxalq premyerası keçirilib.

Senet.az saytı “Azərbaycanfilm” kinostudiyasından əldə etdiyi xəbərə əsasən film 17-ci “Asiatica, Encounters with Asian Cinema” film festivalının “Panorama” müsabiqə proqramında nümayiş etdirilib.

Festivalın davamı olaraq, oktyabrın 2-dək İtaliyanın paytaxtı Romada davam edəcək.

“Onun atası” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

Filmin ssenari müəllifi Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırıb.

Bölmə : Kino