“Onun atası” filminin beynəlxalq premyerası

7 Baxış

3

Senet.az Mədəniyyət və Turizm nazirliyinə istinadən xəbər verir ki, Zamin Məmmədovun “Onun atası” qısametrajlı bədii filminin beynəlxalq premyerası İtaliyada baş tutacaq.

Film 17-ci “ASIATICA Encounters with Asian Cinema” Film Festivalının “Panorama” müsabiqə proqramına dəvət alıb. Festival 17 sentyabr-2 oktyabr tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək.

Bölmə : Kino, Manşet