“Onun atası” filminin çəkilişlərinə başlanılıb

51 Baxış

onun

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Onun atası” adlı qısametrajlı bədii filminin çəkilişlərinə başlanılıb.

Senet.az xəbər verir ki, psixoloji dram janrında çəkilən filmin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları xalq artisti Məbud Məhərrəmov, əməkdar artist Şamil Süleymanov, aktrisa Ülviyyə Rza və digərləri canlandırırlar.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10