“İlk filmim “Polis”in pavilyonuna girəndə tir-tir əsirdim”.
Senet.az bildirir ki, bu sözləri türkiyəli rejissor və ssenarist Onur Ünlü Başqa Kino Ayvalık Film Festivalında çıxış edərkən deyib.
O, gənc rejissorlara ssenari seçərkən diqqətli olmağı məsləhət görüb: “Bütün gücünüzü ssenariyə yönləndirin. Yaxşı bir ssenari yazmaq həqiqətən çox çətindir. Mən ssenari yazmaq hissəsini çox sevirəm. Ssenari bitəndə, çəkiliş pavilyonunda hər kəsə fikrinizi açıq-aydın izah etmək məcburiyyətindəsiniz. Məsələn, indi dialoqsuz bir mətn yazdım və illərdi filmlərimə mənasız yerə dialoq yazdığımı gördüm”.