Opera və Balet Teatrı hesabat yaydı

55 Baxış

OPERA

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 106-cı mövsümün yekunları ilə bağlı hesabat yayımlayıb. Hesabatda deyilir ki, bu mövsümdə 5 yeni tamaşa hazırlayıb. Hazırlanan səhnə nümunələri V.A.Motsartın “Fiqaronun toyu” operası, C.Verdinin “Otello” operası, P.Bülbüloğlunun “Eşq və ölüm” baleti, P.Maskanyinin “Kənd namusu” operası və O.Zülfüqarovun yubileyi münasibətilə ərsəyə gətirilən “Sehrli alma” baletindən ibarətdir.

Bu mövsümdə də xarici teatrlarla əməkdaşlığın davam etdirilib. Ayrı-ayrı tamaşalarda iştirak etmək üçün vokalçılar Dmitri Qrişin, Viktoriya Çenskaya, Olqa Naqornaya, Andrey Qonyukov (Ukrayna), Vladimir Qromov (Belarus), Teymuraz Ququşvili (Gürcüstan), balet ustaları Olqa Qayko, İqor Onoşko (Belarus), Olqa Qolitsa, Van Yan (Ukrayna), dirijorlar Vyaçeslav Voliç (Belarus), David Kintsuraşvili (Gürcüstan), Rusiya Akademik Böyük Teatrının azərbaycanlı solistləri Elçin Əzizov və Çinarə Əlizadə Bakıya dəvət olunublar.

Bundan başqa, teatrın yaradıcı kollektivi də bir sıra xarici qastrol səfərlərində iştirak edib. Qarşıdakı mövsümdə də teatr öz ənənəsinə sadiq qalacaq və yeni səhnə əsərləri ilə tamaşaçıları sevindirəcək.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10