Opera və Balet Teatrı mövsümə yekun vurub

3 Baxış

14981151711561240733_1000x669

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı mövsümə möhtəşəm qala-konsertlə yekun vurub.

Teatrdan Senet.az-a məlumat verilib ki, konsertdə truppanın aparıcı solistləri və gənc balet artistlərinin ifasında P.Çaykovski, N.Rimski-Korsakov, Ş-K. Sen-Sans, L.Minkus, M.Ravel, F.Şopen, S.Puni, E.Helsted və başqa bəstəkarların musiqiləri əsasında balet nömrələri təqdim edilib.

Qala-konsertdə simfonik orkestri Xalq Artisti, professor Yalçın Adıgözəlov idarə edib. Paytaxt sakinləri ilə yanaşı, xarici qonaqların da qatıldığı konsert proqramı maraqla qarşılanıb.

KÖŞƏ YAZARLARI
TOP 10